Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: “Futbolçulara yorğunluq barədə düşünməyə imkan verməyəcəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə”ylə 1:1 hesabıyla nəticələnən Topaz Premyer Liqasının VII turundan təxirə salınmış səfər matçından sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb.

- Qələbə üçün gəlmişdik, ancaq alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Bu meydançada oynamaq çətindir. Heyətdə dəyişiklər vardı. Maksimlə Donald zədəli idi. Yenə də futbolçular qalib gəlmək üçün çox əziyyət çəkdilər. Hiss olunur ki, yorğunçuluq çoxalıb.

- Ansi də zədəli olmalıdı...

- Ansinin “Vorskla”yla matçadək sağalacağı çətindir. O, həmin rəqiblə oyundan öncə məşqdə əzələsini dartmışdı. Maksim oyun öncəsi məşqdə zədələnib. Onun Ukraynadakı matça qədər sağalmasını indidən dəqiq deyə bilmərəm. Ola bilər ki, Donald Gerye həmin vaxtadək sağalsın. Düşünürəm ki, mərkəz müdafiəçilərimiz normal oynadılar.

- Bu yorğunluq böhrana çevrilə bilər?

- Biz neçə illərin komandasıyıq. Çox zaman olub ki, belə vəziyyətlərlə rastlaşmışıq. Məğlub ola-ola, bunları düzgün qəbul edərək bu vəziyyətə çıxmışıq. Hamımız bir olmalıyıq. İçəridə olan problemləri görürəm, bilirəm. Böhran həmişə yorğunluqdan sonra görünür. Təcrübəli komandayıq, başqa çıxış yolumuz yoxdur. Bu qrafikə alışmalıyıq. Meydanda daha çox əziyyət çəkməliyik.

- Tablo dəyişikliyinə görə əvəzləmə yubandı....

- Futbolçularımız 79-cu dəqiqədən ordadı. Beş dəqiqə yubanma oldu. Bilmədim, ehtiyat hakim orda nəsə axtarırdı.

- Tərlan Əhmədov AZAL-da “Neftçi”də 4 müdafiəçiylə oynayırdı. Onun 5 müdafiəçi ilə oynaması gözlənilməz oldu?

- Açığı, yox. Ancaq az ehtimal edirdim ki, belə oynayacaq. Buna da hazırlaşmışdıq. Dəfələrlə 5 müdafiəçiylə oynayan komandaya qarşı oynamışıq. “Keşlə” bu sistemlə ən yaxşı oynayan komandalardan biridi.

- Növbəti turda sürətli “Sumqayıt”la qarşılaşacaqsınız. Ola bilər ki, bu dəfə işiniz daha çətin olsun?

- Ola bilər ki, olsun. Bütün oyunlar gərgin keçir. Futbolçulara yorğunluq barədə düşünməyi imkan verməyəcəm. Belə oyunlara alışmalıyıq, meydana daha da aqressiv çıxmalıyıq. Rəqibin futbolçularının aylıqda potensiallarına görə maraqlı oyun olacaq. Bu, təkcə Əfran İsmayılovla bağlı deyil. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »