Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müslüm Maqomayevin xatirə gecəsi keçirildi
Tanınmış restoranlarından biri olan “ Bəh- Bəh “ Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirib.

Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, əfsanəvi "Qaya" kvartetinin solistlərindən biri Rauf Babayev , media və ictimaiyyət nümayəndələri iştirak edib.

Xatirə gecəsində Maqomayevin repertuarından bir çox mahnılar səslənib. Mədəniyyətimizin nailiyyətlərini çox məharətlə dünyaya göstərə bilən və əvəzsiz bariton səsə malik olan Müslüm Maqomayevin mahnıları hər kəs tərəfindən maraqla qarşılanıb.

Tamerlan Yusipov, Svetlana Qasımova və Kamran Rzayev isə dünya şöhrətli Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər.

"Qaya" kvartetinin solisti Rauf Babayev Müslüm Maqomayevin yaradişiliğına həsr olunmuş tədbirdə çıxış edərək, belə görüşlərin təşkilinə görə restoran rəhbərliyinə minnətdarlığını bildirdi. Rauf Babayev Müslüm Maqomayevlə bağlı xatirələrindən danışaraq, onun hər zaman qəlblərdə yaşadığını vurğuladı: ” Zaman keçir. Ancaq biz görürük ki, Müslüm Maqomayevin xatirəsi yaşayır, bu xatirə əbədidir, onun şəxsiyyətinin miqyası, onun musiqi mədəniyyətinə töhfəsi daha çox bəlli olub. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı. Milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib . Onu yaşatmaq üçün bu özünəməxsus stimulun mənası ondan ibarətdir ki, dahi şəxsiyyətin xatirəsi onu sevənlərin və xatırlayanların, ümidvaram ki, bundan sonra da sevəcək insanların qəlbində yaşasın".

Tədbir canlı olaraq facebook sosial şəbəkəsində yayımlanıb.

Həmçinin, restoran öz dadlı və fərqli təamları ilə gələn qonaqların diqqətin cəlb edib. Tədbirə Rusiyadan gələn turistlər də qatılıb. Maqomayevin yaradicilığına vurqunluqlarını tədbir boyunca nümayiş etdiriblər.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Dünya şöhrətli müğənninin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı 2017-ci il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »