Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş arvadını öldürənə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda ittiham olunan Kamran Bilalovun məhkəmə istintaqı yekunlaşıb.

Hakim Ənvər Seyidovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə görə, Kamran Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu rayonu, Ramana qəsəbəsində baş verən hadisə qısqanclıq zəminində baş verib. 1974-cü il təvəllüdlü Bilalov Kamran Rafiq oğlu keçmiş arvadı, avtobus dayanacağında 1978-ci il təvəllüdlü Bilalova Xatirə Faiq qızı ilə rastlaşıb. Uzun müddətdir ki, keçmiş arvadının axtarışına çıxan K.Bilalov ona yaxınlaşıb və cibindən çıxardığı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub.

Sonra isə hadisə yerindən qaçıb. Ağır dərəcəli bədən xəsarətləri almış və çoxlu qan itirmiş yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Rəşad VAQUFOĞLU

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »