Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dahilər nədən qorxurdular: Hər dahinin öz qəribə qorxusu...

Dahilərin qəribə xarakterinə həm də onların qəribə qorxuları da daxildir. Bəzən öz dühası ilə dünyanı heyran qoyan dahi insanlar o qədər sadə əşyalardan və hərəkətlərdən qorxublar ki, onların yanaşması adamı heyrətə gətirir.

Beləliklə, Bizimyol.info dahi insanların qəribə qorxularını təqdim edir:

Çarli Çaplin rezindən qorxurmuş.

Frans Kafka isə paltarsız qadın görəndə "qutuda ilan" görürmüş.

Vladimir Mayakovski çirkə bulaşmaqdan dəlicəsinə qorxurmuş deyə, pilləkanların məhəccərinə, qapıların dəstəyinə və s. toxunmurmuş.

Qorxu filmləri ilə bütün dünyanı dəhşətə gətirən Alfred Hiçkok adi toyuq yumurtasını görüncə qorxudan az qala huşunu itirirmiş.

Salvador Dali cırcıramadan o qədər qorxurmuş ki, onlara toxunmaqdansa özünü qayadan atmağa hazır olduğunu etiraf edib.

Anton Çexov kütlə arasına çıxmaqdan uşaq kimi qorxurmuş, baxmayaraq ki, kiçik çevrələrdə çox ünsiyyətcil adam olub.

Artur Şopenhauer ülgücdən o qədər qorxurmuş ki, üzünü qırxmasın deyə saqqalını yandırırmış.

Pablo Pikasso da saç qırxdırmaqdan qorxurmuş, amma başqa bir səbəbdən: Qorxurmuş ki, saçını götürüb ona qarşı cadu edərlər.

Nikola Tesla mirvaridən o dərəcədə qorxurmuş ki, mirvarilərlə işlənmiş bəzək əşyalını görəndə huşunu itirirmiş.

Dinozavrlar barədə qorxulu filmlər çəkən rejissor Stiven Spilberq elə indi də ayaqlı mebellərdən qorxur. Özünün dediyinə görə belə mebellərə baxanda onda belə bir təsəvvür yaranır ki, onlar otaqda gəzirlər.

Nikolay Qoqol şimşək səsi eşidəndə gizlənməyə yer axtarırmış.

Jan-Jak Russo balaca uşaqlar kimi qaranlıqdan qorxurmuş.

Friderik Şopen diri basdırılmaq ehtimalından vahimələnirmiş. Ona görə də qohumlarına tapşırıbmış ki, o öləndən sonra dəfndən əvvəl onun öldüyünə 100 faiz əmin olsunlar.

Psixologiya elminin dahisi, dünyaya dərs verən psixoanalitik Ziqmund Freyd səfərə çıxmaqdan qorxurmuş.

Conatan Svift gələcəyi düşünməkdən qorxurmuş. Onun ehtimallarına görə, gələcəkdə insan ağlı ilə manipulyasiya etmək, yəni insanları istənilən formada idarə etmək mümkün olacaqmış və elə ona görə də övladının olmasına razılıq verməyib.

İvan Turgenev vəba xəstəliyindən qorxurmuş. "Vəba" sözünü eşidən yazıçının qorxudan ayaqları əsirmiş və dərhal ətrafı odekolonla "dezinfeksiya" edirmiş.

Son xəbərlər
Bütün xəbərlər »