Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu da möcüzə: Yuxuda gördüyü rəqəmləri lotereyaya yazdı, milyonçu oldu

39 yaşındakı Rusiya vətəndaşı İlya Matveyev yuxusunda lotereyanı qazandığını görüb. Yuxusunda gördüyü rəqəmlərin kombinasiyasını yadında saxlayaraq bəxtini sınayan şəxs qalib gələrək 9 milyon 200 min rubl qazanıb.

Bizimyol.info "RİA novosti"yə istinadən xəbər verir ki, milyonçu olan Matveyev buna inanmadığını, eyni kombinasıyanı bundan öncə də tətbiq edərək cüzi məbləğlər qazandığını bildirib:

"Böyük bir məbləğ qazanacağımı gözləmirdim. Bəzən yaxınlarımın və qohumlarımın doğum günü tarixlərindən istifadə edərək kiçik miqdarda məbləğlər qazanırdım. Bu aralar şanssızlıq dönəmində idim və son dəfə lotereya oynayaraq bunu tərgitməyi düşünürdüm".

Yenicə milyoner olan ailə qazandıqları pula maşın və ev almağı, təmir işləri görməyi planladıqlarını, eləcə də Rusiyanı gəzintiyə çıxacaqlarını bildiriblər.

Son xəbərlər
Bütün xəbərlər »