Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Meydanda mitinq keçirmək və demək ki, əziz xalq, biz əraziləri qaytarırıq?...”
Ermənistanda hazırda müxalifətdə olan Respublika partiyası ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun və baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qarabağa dair bəyanatlarını tənqid edib.

Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bildirmişdi ki, hazırda Dağlıq Qarabağa dair xalqa açıqlanmalı olan hansısa həll modeli yoxdur. Əgər belə həll planı olsa hökumət onu meydanda xalqa açıqlayacaq və plan əksəriyyətin dəstəyini qazansa onun əsasında danışıqlar aparacaq.

Con Bolton isə ötə gün oktyabrın 25-də Yerevana səfəri zamanı keçirdiyi mətbuat konfransında Nikol Paşinyanın parlament seçkilərində qələbəsinin Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atmaq baxımından yaxşı imkan yaradacağını deyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Respublika partiyasından deputat Vaqram Baqdasaryan Trampın müşavirinin qənaətini bölüşmür. Onun fikrincə növbədənkənar parlament seçkilərinin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan yarada, yaxud mane ola bilməz.

“Mən həll yolu görmürəm. Və Dağlıq Qarabağ əhalisi, Ermənistan xalqı, Azərbaycan xalqı müzakirə olunan variantlara qarşıdır, belə görünür ki, hamı buna qarşıdır. Mən təsəvvür edə bilmirəm ki, hansı nizamlamadan söhbət gedə bilər və hansı razılaşmaya gəlmək olar. Daha açıq mətnlə danışmaq lazımdır ki, bu nizamlama hansı variantın əsasında baş tuta bilər”-keçmiş prezident Serj Sərkisyanın tərəfdaşı deyib.

Amma jurnalistlər Baqdasaryanla mübahisəyə giriblər, deyiblər ki, xalqın etimadına sahib olan hakimiyyət problemin həllini tapa bilər. Respublika partiyasının fraksiyası razılaşmayıb: “Yəni belə çıxır ki, meydanda mitinq keçirmək və bəyan etmək ki, “əziz xalq, biz əraziləri qaytarırıq” və ictimai dəstək şəraitində xalq bununla razılaşıb əraziləri qaytaracaq? Belə həlli təsəvvür edə bilirsiniz? Mən belə həll yolu təsəvvür etmirəm”.

Xatırladaq ki, Paşinyan bundan əvvəl də populist bəyanatlarla çıxış edərək Qarabağa dair hansısa gizli razılaşmaya getməyəcəyini deyib. Bildirib ki, hansısa həll yolu təklif olunarsa onu meydanda xalqa açıqlayacaq. Əgər xalq həmin plana dəstək versə onun əsasında danışıqlar aparacaq.

Son xəbərlər
Bütün xəbərlər »