Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bacısıoğlunun toyunda rəqs emək üstündə sağdışı bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası noyabrın 2-nə təyin edilib.

Hadisə bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda baş verib. 39 yaşlı S.Mirzəbəyov bacısı oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov ilə rəqs etmək üstündə mübahisə edib. Mübahisə zamanı S.Mirzəbəyov İ.Qədirovu bıçaqlayıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »