Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Parlament təqaüdü veriləcək
Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı üçün 2019-cu il üzrə seçim danışıqları

Almaniya Parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 29 – 31 oktyabr 2018 tarixlərində Bakıya səfər edəcək. Alman nümayəndə heyətinə Bundestaqın deputatı cənab Maks Ştraubinger rəhbərlik edəcək.

Bu barədə məlumat bizimyol.info saytına Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyndən Mətbuat departamentinin rəhbəri Andrea Sühl tərəfindən göndərilmiş məktubda yer alıb.

Məlumatda daha sonra deyilir: “İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2019-cu il tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər. Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.

Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman səfirliyinə təqdim olunur. Proqram haqqında daha geniş məlumatı bu internet səhifəsindən əldə edə bilərsiniz: http://www.bundestag.de/ips.

Səfər çərçivəsində alman nümayəndə Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə də görüş nəzərdə tutulmuşdur. Bir çox ölkədə olduğu kimi Azərbaycanda da İPS məzunları şəbəkələşmək məqsədilə birlik təsis etmişdirlər”.

Məktubun sonunda mətbuat nümayəndələri 30.10.2018 tarixində, saat 17:00-dan 18:00-dək Azərbaycan Dillər Universitetində (əsas bina, Amerika mərkəzi ) azərbaycanlı tələbələr üçün keçiriləcək məlumat xarakterli tədbiri işıqlandırmağa və sonra nümayəndə heyətinə suallar verməyə dəvət olunurlar.

Son xəbərlər
Bütün xəbərlər »