Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İstəyirdim ki, benzini onun üstünə töküm, sifəti yanıb tanınmaz hala düşsün”
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər evrir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb, prokuror çıxışında müttəhimin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisə bu ilin aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazasında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.

M.Müzəffərov məhkəməyə ifadəsində özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində söyləyib ki, keçmiş arvadı başqa şəxslə telefonda danışıb, ona xəyanət edib: "Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Bildirdim ki, məndən uzaq ol. O, rayondan çıxıb Bakıya qohumu evinə gəldi. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum".

M.Müzəffərov qeyd edib ki, benzin alıb, keçmiş arvadının işlədiyi mağazaya gedib: "İstəyirdim ki, benzini onun üzərinə töküm və sifəti yanıb tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".

O, ifadəsinin davamında keçmiş həyat yoldaşını boşanandan sonra döydüyünü də bildirib: "Bir qədər keçəndən sonra o, uşağı da götürüb qaçdı".

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »