Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qabiliyyət imtahanı abituriyentlərə xəbərdarlıq edilmədən ləğv olunub
Xeberle.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov DİM-in abituriyentlərə xəbərdarlıq edilmədən imtahanı ləğv etməsi barədə sosial şəbəkədə fikirlərini bildirib.

Ekspertin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslar üzrə komissiyadan qeydiyyatdan keçmək üçün 30 manat ödəniş tələb edilir. "Amma abituriyentlər pulu ödəməmiş imtahan vaxtlarını bilmir. Bir abituriyent 4-5 komissiyadan keçib, hərəsi üçün 30 manat ödəyib. Məlum olub ki, imtahan vaxtları üst-üstə düşür. Bu abituriyent eyni gündə, eyni saatda 4-5 komissiyada imtahanda iştirak etməlidir”. Bu gün Təsfiri sənət üzrə keçirilməli olan qabiliyyət imtahanı abituriyentlərə xəbərdarlıq edilmədən ləğv olunub və qeyri müəyyən vaxta təxirə salınıb. Ekspert qeyd edir ki, camaatda bölgələrdən böyük məbləğdə pul xərcləyib gəliblər. Onları nəzərə alan yoxdur. "IX sinifi bitirib kolleclərə sənəd vermək istəyənlər qəbul şərtlərini ödəməsinə baxmayaraq ixtisas seçiminə buraxılmır, səbəb isə yoxdu. Guya bunlar aprel ayında elektron ərizə verməli idilər. Halbuki, abituriyent 3 jurnalında bu barədə məlumat yoxdur. Valideynlər və abituriyentlər ortada qalıblar. DİM abituriyentlərə qarşı çox laqeyd, məsuliyyətsiz münasibət nümayiş etdirir”.

Son xəbərlər
Bütün xəbərlər »