Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ünvanlı sosial yardımın tətbiq olunmasında ciddi nöqsanlar var” - Açıqlama
“Ünvanlı dövlət sosial yardımın tətbiq olunmasında məqsəd ildən-ilə yardım alanların sayının azaltmaq idi”.

Bu barədə bizimyol.info-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib.

O qeyd edib ki, ünvanlı dövlət sosial yardımın tətbiq olunandan sonra ölkədə yoxsulluğun həddi aşağı düşməsi gözlənilirdi: “Amma ildən-ilə ünvanlı sosial yardım alanların sayı və bu istiqamətdə ayrılan vəsaitin miqdarı artmağa başladı. Bu onu göstərir ki, ünvanlı sosial yardımın tətbiqi effektli deyil”.

S.Məmmədov deyib ki, ünvanlı sosial yardımın tətbiqi kasıbçılığı aradan qaldıra bilmir: “Çünki şəxs aldığı cüzi məbləğdə social yuardımı dərhal gündəlik tələbatları üçün xərcləyir. O, həmin yardımı dirçəldə bilmir. Ünvanlı sosial yardımın tətbiq olunmasında ciddi nöksanlar var. Bu istiqamətdə dəyişikliklər gözləyirik”.

Ekspert bildirib ki, 2012-ci ildə tətbiq olunan “Özünü dəstək” proqramı pilot layihə kimi müsbət nəticə Verdi: “Amma bir müddət sonra bu proqram ləğv olundu, “Özünüməşğulluq” proqramına start verildi. Bu il İşsizliyin Sığorta Fondundan bu proqram üçün 35 milyon vəsait ayrılıb. Porqram səmərəli tətbiq olunsa, şəxs dirçələ bilər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »