Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tikinti şirkəti yolumuzu bağlayıb” - Etiraz
“Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında “İnam İnşaat 555” MMC-nin “Azadlıq City” yaşayış kompleksinin inşasına başlaması nəticəsində bu ərazidə yaşayan sakinlərin yolu bağlanıb”.

Bu barədə Bizimyol.info-ya şikayətçi Tural Qarazadə bildirib.

Onun sözlərinə görə, “İnam İnşaat 555” MMC-nin apardığı tikinti işləri nəticəsində Binəqədi rayonu Faiq Rüstəmov küçəsi 13-15 ünvanın sakinləri yolsuz qalıblar: “Müvafiq qurumlara edilən müraciətələr isə nəticəsiz qalıb”.

“İnam İnşaat 555” MMC-dən Bizimyol.info-ya bildirib ki, “Azadlıq City” yaşayış kompleksi tikintii qanuna əsasən aparılır və sakinlər yolunun bağlanması iddiası həqiqətə uyğun deyil.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »