Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda avtobusun törətdiyi yol qəzasında 8 nəfər ölüb

Hindistanın qərbindəki Maharaştra əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, yerli polisdən hadisənin səhər saatlarında baş verdiyi bildirilib.

Məlumata görə, avtobus Auranqabad şəhərindən Pune şəhərinə gedərkən sürücü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında park edilmiş yük maşınına çırpılıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Son xəbərlər
Bütün xəbərlər »