Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ən sərt formada cəzalandırılacaq" - Nazirlikdən xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhərində keçirtdiyi reydlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən restoranlardan biri insanların sıx olduğu ərazidə, aşkaranə şəkildə ekologiyanı çirkləndirməkdə davam edir.

Məsələ ilə bağlı Bizimyol.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə paytaxt Bakıda və Abşeron yarımadasında reydlər mütəmadi davam etdirilir və ekologiyanı çirkləndirən müəssisələr sərt şəkildə cəzalandırılır:

"Nazirlik mütəmadi olaraq bu kimi yerlərin manitorinqini keçirdir. Qanun pozuntusu aşkarlanan restoranlar sərt şəkildə cəzalandırılır. Buna baxmayaraq bəzi yerlərdə belə hallar hələ də qalmaqdadır. Bu kimi hallar, cəzalandırmadan nəticə çıxarmayan müəssisələr barəsində isə ən sərt tədbirlər görüləcək. Sözügedən əraziyə baxış təşkil edəcəyik əgər onlar öncədən də ekologiyanı çirkləndiriblərsə və bu artıq ikinci haldırsa ən sərt formada cəzalandırılacaq"

Redaksiyamıza daxil olan videogörüntünü oxucularımıza təqdim edirik:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »