Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda evdən qaçan 17 yaşlı Türkanın anasından gözlənilməz addım: "Məni biabır etdin"

Bizimyol.info Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri 1 ay 10 gündür yoxa çıxan qızının tapılması üçün "Səni axtarıram"dan kömək istəyən qadının 17 yaşlı qızı Türkan canlı yayıma zəng edərək deyib.

Ana gözyaşları içində "Məni biabır etdin. Sənə nə etmişəmsə, halal etmirəm. Mənə sənin kimi övlad daha lazım deyil. Sənin kimi övladım yoxdur daha, rədd ol. Sənin qarşına özün kimisi çıxsın. Allah bəlanı versin sənin" söyləyib.

Türkan anasının sözlərinə heç nə olmamış kimi "Anamın səsini eşitmək istəmirəm. Təşəkkür" bildirib.

17 yaşlı qızın bu ifadələri studiyadakıları bərk hiddətləndirib.

Qeyd edək ki, Quliyeva Türkan ilk dəfə 12 yaşında evdən gedib.

Son xəbərlər
Bütün xəbərlər »