Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
Şəki şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyi və Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Yeni Çələbixan köçkünlər qəsəbəsində yerləşən Xocalı rayon 3 saylı, Ağdam rayon 29 saylı, Laçın rayon M.Süleymanov adına tam orta məktəblərdə tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə ölkəmizdə təhsilin inkişafı etdirilməsi həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən olduğu bildirilib. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən təhsil məsələlərini daim diqqətdə saxlayır. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə müasir tələblərə cavab verən, bütün zəruri avadanlılqlarla təchiz edilmiş məktəb və bağçalar inşa edilərək istifadəyə verilir. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman məcburi köçkünlərin təhsil problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşır.

Tədbir zaman ibtidai sinif şagirdlərinə dərs ləvazimatları paylanılıb.

Bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »