Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Seriala çəkilənin sülaləsi kasıblıqdan xilas olur” – xalq artisti
“Dəvət olunduğum bütün qala gecələrinə gedirəm. Onlar arasında xoşuma gələn də olur, gəlməyən də. Peşəkar aktrisa kimi mənim üçün teatr önəmlidir. Film elədir ki, yoldan keçəni də çəkmək olur. Dünyanın hər yerində bu tendensiya var. Hazırda kinostudiyalar dağıdılır, yerini kommersiya filmləri alır”.

Bu sözləri xalq artisti Firəngiz Mütəllimova musavat.com a açıqlamasında deyib. O yeni çəkilən yerli filmləri belə şərh edib: “Film nə qədər çox olarsa, o qədər gözəl olar. Film sektorunda olan aktyor və aktrisaları davamçım kimi görmürəm. Tələbəm İmran var, onun gələcəyinə ümidlə baxıram. Hazırda dırnağı ilə sənəti qazanan gənc görmürəm. Mənəm-mənəm deyənlər çoxdur. Mən sənəti sevən, sənət fədaisi olanları sevirəm. Keçən dəfə “Qulyabanı” filminə baxdım, filmdə 4 baş rol ifaçısı vardı, heç biri tanınmırdı. O qədər güldüm, ayaq üstə alqışladım. Çox gözəl oynamışdılar. Bəzən isə kinodan yarımçıq çıxıram. İnanıram ki, zamanla hər şey düzələcək”.

Aktrisa yeni filmlərə çəkilməməyinin səbəbini açıqlayıb: “Yeni filmlərdə yoxam, dəvətləri qəbul etməmişəm. Bu ildən isə vaxtım çoxdur. Bəyəndiyim iş olsa, çəkiləcəyəm”.

Mütəllimova Türkiyəyə üz tutan yerli sənətçilərdən də bəhs edib: “Onlara uğurlar arzulayıram. Kənan Mahmudov və Elvin Əhmədov “Savaşçı”da çəkilir. Bizdə “Fox TV” göstərmir. Amma internetdən baxmışam. Zəng edib, Kənanı təbrik etmişəm. Onların adına sevinirəm. Türkiyədə daha tez tanınmaq olur, yaxşı qonorar da verilir. Niyə də sənətçilərimiz getməsin? Orada bir seriala çəkilənin sülaləsi kasıblıqdan xilas olur”.

Son xəbərlər
Bütün xəbərlər »