Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tez-tez isti su ilə çimənlərə xəbərdarlıq

İnsanlar tez-tez isti vanna və ya duş (40 dərəcə və bundan artıq) qəbul etməyi sevirlər. Amma bunun sağlamlıq üçün nə qədər ziyanlı olduğunu bilmirlər.

Çox isti su ilk növbədə insanın ürək-damar sisteminə mənfi təsir edir, ürəyə olan gərginliyi artırır. Bu səbəbdən sizdə ürək-damar sistemi xəstəlikləri varsa, yalnız ilıq suda çimin. Vanna qəbul etdikdə yarıoturaq vəziyyətdə olun, su döş qəfənizdən yuxarı qalxmamalıdır.

Damar problemləri olan qadınlar da isti vanna və ya duş qəbul etməməlidir. Bu xəstəliyin gedişatına mənfi təsir edir, xəstə damarların vəziyyətini daha da pisləşdirir.

Hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlarda isti su təzyiqin qalxmasına səbəb ola bilər.

İsti su dəriyə və saçlara çox mənfi təsir edir. Dərinin piy qatı yuyulur ki, nəticədə dəri quruyur, daha tez qocalır. İsti su saçların keyfiyyətini pisləşdirir. Saçları yağlı olan insanlar üçün isti su əks-göstərişdir. İsti suyun təsirindən piy vəzilərinin aktivliyi artır, onlar daha çox piy ifraz etməyə başlayır ki, nəticədə saçlar daha tez yağlanır.

Məlumata görə, insan sağlamlığı üçün ən komfortlu və ziyansız su temperaturu 37-38 dərəcə təşkil edir. (axsam.az)

Son xəbərlər
Bütün xəbərlər »