Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“FC Baku” – “Şahdağ” oyununda dava düşdü: meydana polis girdi (Fotolar)
Region Liqasında hazırda davam edən “FC Baku” – “Şahdağ” qarşılaşmasının birinci hissəsində aləm qarışıb.

Bizimyol.info oxu.az-a istinadən xəbər verir ki, hakimin qərarına etiraz edən “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib.

Elə bu məqamda “FC Baku” azarkeşləri ilə “Şahdağ”ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını “Şahdağ”ın futbolçuları “həzm edə” bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar.

Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib.

Son xəbərlər
Bütün xəbərlər »