Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vidadi Zeynalova hökm oxundu
Aparat rəhbəri Vidadi Zeynalova və BTRİB rəisinı 13 il hıbs cəzası verildi

Digər təqsirləndirilənlər də azadlıqdan məhrumetmə və şərti cəzalar verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov 10 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Aztelekom"MMC-in sabiq direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova 5 il 7 ay cəza verilib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıb. 2 il sınaq müddəti nəzərdə tutulub.

Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova isə 5 il 5 ay cəza verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıblar. 2 il sınaq müddəti nəzərdə tutulub.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.

Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »