Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi "Black Hawk" vertolyotu qəzaya uğrayıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.

Məlumata görə, qəza Kauka departamentində baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir.

Hazırda qəzanın başvermə şəraiti araşdırılır.

Xatırladaq ki, ötən ay Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb

Son xəbərlər
Bütün xəbərlər »