Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən yaxşı hava limanı müəyyənləşdi

“Business Traveller Awards” mükafatı versiyasına əsasən, Sinqapurun “Çanqi” hava limanı 2018-ci ilin ən yaxşı hava limanı seçilib.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, Amsterdamın “Sxipxol” hava limanı “Avropanın ən yaxşı limanı” nominasiyasının qalibi olub. London “Xitrou”su isə şoppinq sevənlər üçün ən münasib hava limanı kimi qeyd edilib.

Aviaşirkətlər sırasında “British Airways” digərləri üçün əlçatmaz olub: Britaniya şirkəti 3 nominasiya üzrə qalib elan edilib.

Son xəbərlər
Bütün xəbərlər »