Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollandiyada ilk: Qadına cinsiyyətsiz şəxsiyyət vəsiqəsi verildi - Video

Hollandiyada ilk cinsiyyətsiz şəxsiyyət vəsiqəsinin sahibi məlum olub.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, 2001-ci ildə əməliyyatla qadın olan Leon Zigersin şıxsiyyət vəsiqəsində cinsiyyət qrafasına “qadın” və ya “kişi” yox, “X” yazılıb.

57 yaşlı Zigers 2001-ci ildə əməliyyatla qadın olsa da, indi özünü cinsiyyətlər arası olaraq səciyyələndirir (interseks).

Zigers əvvəlcə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Hakimlər onun interseks olmasının qarşısını almağın “Şəxsi həyatın, öz gələcəyini qurmağın və fərdi azadlığın pozulması” kimi dəyərləndiriblər və lehinə qərar veriblər.

Hollandiyada əhalinin 4 faizi özünü nə qadın, nə də kişi sayır. Ölkədə bir insanın cinsiyyətinin X olaraq tanınıb-tanınmayacağına məhkəmə qərar verir.

Qeyd edək ki, dünyada Argentina, Avstraliya, Danimarka, Hindistan, Kanada, Nepal, Malta, Pakistan və Yeni Zellandiyada belə şəxsiyyət vəsiqələrinə icazə verilir.

Son xəbərlər
Bütün xəbərlər »