Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Astarada avtomobil aşdı: Yaralananlar var

Astara rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib.

Bizimyol.info-un Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Pəlikeş kəndi ərazisində qeydə alınıb.

Belə ki, Pəlikeş kənd sakini, 1999-cu il təvəllüdlü Elməddin Təvəkkülzadə idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və maşını çökəkliyə aşırıb.

Hadisə nəticəsində E.Təvəkkülzadə və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Aynurə Şabanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Təvəkkülzadə qapalı kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. A.Şabanovaya isə sağ bazu sümüyunün aşağı hissəsinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »