Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölüləri geyindirib, turist qabağına çıxarırlar - Fotolar

Siciliyanın Palermo şəhərində yerləşən "Ölülər evi" hər il minlərlə turisti qəbul edir.

Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, "Catacombe dei Cappuccini" adlı muzeydə 2 minə yaxın mumyalanmış cəsəd nümayiş etidirilir.

Cəsədlərdən ən köhnəsi 410 il bundan öncəyə aiddir. Həmçinin muzeydə 1800-cü illərdən qalan kişi cəsədləri, 90 il öncə sətəlcəm xəstəliyindən ölmüş bir qız uşağının pozulmamış üzü, qiyafəsinin altında skeleti görünən bir rahib və yüzlərlə bu kimi cəsəd var.

Maraqlı məqamlardan biri də buradakı professor, həkim, müəllim, vəkil və hərbçi cəsədlərinə peşələrinə uyğun olaraq libaslar geyindirilib.

Son xəbərlər
Bütün xəbərlər »