Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koalisiya qüvvələri Suriyada yenə məscidi bombaladı

Suriyada İŞİD-ə qarşı mübarizə üçün qurulmuş ABŞ rəhbərliyindəki koalisiya qüvvələri terrorçuların yerinə növbəti dəfə sivilləri hədəf alıb.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, dünən Deyr-əz-Zor rayonunun Süsə qəsəbəsində cümə namazı vaxtı Osman bin Əffan məscidi bombalanıb.

Ölən və yaralıların sayı barədə dəqiq məlumat açıqlanmayıb.

Məlumat üçün bildirək ki, bu həftə Zeyr-əz-Zora hücumlar nəticəsində ən azı 43 sivil ölüb.

Əmmar Bin Yasir məscidinin vurulması nəticəsində 2-si uşaq olmaqla 30 nəfər, rayon mərkəzinə hücum zamanı isə 13 nəfər ölmüşdü.

Qeyd edək ki, Deyr-əz-Zorda Həccin, Şiifə, Süsə, Bu-Hesan və Bu-Xatir İŞİD-in işğalı altındadır. YPG/PKK terrorçuları isə rayonu ikiyə ayıran Fərat çayının şərqini nəzarətində saxlayır.

11 sentyabrda terrorçuların bölgədən çıxarılması üçün geniş əməliyyata start verilib.

Son xəbərlər
Bütün xəbərlər »