İsrail hərbi-siyasi kabinetinin təcili iclası keçirilib.
Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ynet” agentliyi məlumat yayıb.
Altı saat davam edən danışıqlardan sonra Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatların keçirilməməsi haqqında qərar qəbul edilib. Bununla da Müdafiə naziri Aviqdor Libermanın təklif etdiyi plan rədd edilib.
İsrail hərbi kabineti Baş nazir Benyamin Netanyahunun planı ilə razılaşıb. Belə ki, bu plana əsasən, İsrail Qəzzaya qarşı heç bir əməliyyat başlamayacaq və əməliyyata yalnız HƏMAS tərəfindən real hücum cəhdləri olduqda start verəcək.