Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxunc hörümçəyin yol polisinə "hücum" anı kameraya yaxalandı - Video

Qorxmayın! Heç də hər şey gördüyünüz kimi deyil. Bu hörümçək də reallıqda çox balacadır. Amma gözləriniz sizi aldadacaq.

Adətən, polis kameraları qayda pozuntularını qeydə alır. Amma Texas yol polisinin kamerası "nəhəng" hörümçəyin görüntülərini qeydə alıb. Videogörüntülərdən belə təəssürat yaranır ki, hörümçək polis əməkdaşına hücum etməyə hazırlaşır və sonradan fikrindən daşınır.

Əslində isə görüntüləri yayımlayan polis işçisi Hollivuda meydan oxumaq qərarına gəlib. Hollivuda çağırışla "xüsusi effektlər istəyirnizimi? Alın!" deyə videogörüntüləri yayımlayıb. Reallıqda sadəcə, balaca bir hörümçək polis maşınının alın şüşəsi boyunca hərəkət edir. Amma vizual olaraq bu, nəhəng bədheybət həşərat təsəvvürü yaradır.

Bizimyol.info "Huffington Post"a istinadən həmin videogörüntüləri təqdim edir. Baxın və əylənin. İstəsəniz, özünüz də belə "dəhşət" epizodları çəkə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »