Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi yeni səlahiyyətlər verdi
Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.

Trend xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov “Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub.

İdarə artıq təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək.

Son xəbərlər
Bütün xəbərlər »