Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nizami Kino Mərkəzində türk ulduzlarının iştirakı ilə - “Dünya Hali” filminin Qala gecəsi keçiriləcək.

Mövsümü Milli filmlərin qala-gecələri ilə açan Nizami Kino Mərkəzi, noyabrın 7-də Af Media şirkətilə birgə, kinosevərləri, “Dünya hali” romantik komediya filminin Qala gecəsiylə sevindirəcək.

Filmin baş qəhrəmanları, türk ulduzları Murat Dalkılıç və Melis Sezen Qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Rejissor Ömer Canın çəkdiyi “Dünya Hali” filmi aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə döğru gedən yollarından bəhs edir.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli kinosevərlər, qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook və instaqram səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Son xəbərlər
Bütün xəbərlər »