Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Marşal Klubunun Növbəti Uğuru
5 oktyabr 2018-ci il tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) növbəti uğura imza atıb.

Klubun sadiq nümayəndəsi Telman Hacıbutayev və digərləri dayanıqlıq, iradə və mübarizlik keyfiyyətlərini özündə cəmləşdirib bir daha komanda işi və ruh yüksəkliyini nümayiş etdirmək imkanına malik olduqlarını sübut edərək

Bazardüzü zirvəsini fəth etmişlər.

Nəzərinizə çatdırmaq istərdik ki, Bazardüzü Azərbaycanın ən hündür zirvəsi olub (4466m) Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində,  Rusiya Federasiyası ilə sərhəddə,  Qusar  rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsi olan Bazardüzü üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş  Şahnabad çayı  dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır.

Son xəbərlər
Bütün xəbərlər »