Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” - QHT sədri
“Vicdanlı işəgötürənlər bu gün çox böyük yük altındadır. Onların vergi yükü və sosial ödəmədələri artırılır”.

Bu barədə bizimyol.info-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib

“İcbari tibbi sığorta ölkə üzrə tətbiq olunsa, bunun yükünü vicdanlı işəgötürənlər və işləyənlər çəkəcək. Belə ki, işləyənlər işləməyənlərin sığorta qayğılarını öz üzərinə götürəcək. Çünki dövlət tibbi sığorta ödənişlərinin müəyyən hissəsini qarşılayacaq, digər hissəsini işəgötürənlər və işçilər ödəyəcək. Vicdanlı işəgötürənin yükü artmaqda davam edir”,-deyə S.Məmmədov bildirib.

O, hesab edir ki, qeyri-formal əmək bazarının miqyası kiçildilməlidir: “Bunun üçün mübarizə aparılır. Amma mübarizə səbəblə deyil nəticə ilə aparılır. Səbəb aradan qaldırılmalıdır. Vicdanlı işəgötürənlərlə bağlı siyasətdə dəyişiklik olmalıdır.

Bizdə rəsmən götürəndə 100 pensianerə elə 100 işləyən düşür. Belə olmalı deyil. Ən azı 5 işləyən 1 pensianeri saxlamalıdır. Mövcud vəziyyətdə belə işçilərlə müqavilələr olsa, 3-4 işləyənə 1 pensianer düşə bilər. Sosial büdcədə gərinlik olmaz”.

S.Məmmədov onu da bildirib ki, qanunvericiliyə görə Əməyin Mühafizəsi Fondu yaradılmalıdır: “ Bu qurum yaradılsa, onun da əziyyətini vicdanlı işəgötürənlər olacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »