Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdam Rayon İcra Hakimiyyətində baş məsləhətçi işdən çıxarılıb

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb və bu vəzifəyə də hələlik təyinat olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »