Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neymar 220 milyon avro qarşılığında Fransa klubundan ayrıla bilər

Fransanın PSJ klubu 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq.

Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib.

Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »