Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, oktyabrın 18-də qızılın qiyməti oktyabrın 17-i ilə müqayisədə 3,0515 manat artaraq 1 unsiya üçün 2080,46 manat təşkil edib.
Gümüş 0,0394 manat ucuzlaşaraq 1 unsiya üçün 24,8223 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 9,5965 manat azalaraq 1415,4455 manat, palladiumun qiyməti isə 12,563 manat azalaraq 1824,0575 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.