Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiyada uşaqları daşıyan avtobus qəzaya uğradı: Onlarla xəsarət alan var

Çexiyada uşaqların olduğu avtobus qəzaya uğrayıb.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, ölkənin şərqində baş vermiş hadisə nəticəsində 33 uşaq xəsarət alıb.

Ağır xəsarət alan uşaqların xəstəxanalara aparılması üçün əməliyyata helikopter cəlb edilib.

Bildirilir ki, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Sürücünün idarəetməni itirməsi üzündən nəqliyyat vasitəsi xəndəyə düşüb.

Son xəbərlər
Bütün xəbərlər »