Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, iclasda Şuranın 68-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2018-ci ilin doqquz ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında, 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı haqqında və başqa məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib.

İclasın sonunda yekun protokolu imzalanıb.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »