Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhəd Abıyev əsəbiləşdi: Onu deyən qələt edir - Açıqlama

Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Abdullayev Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda bu vəzifəyə təyinat olmasa da, sosial şəbəkələrdə bu vəzifəyə gələcək şəxslərlə bağlı müxtəlif məlumatlar yayılır.

Belə məlumatlardan biri də Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Beyləqana göndəriləcəyi ilə bağlıdır.

Azxeber.com yayılan informasiyaya aydınlıq gətirmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin özü ilə əlaqə saxlayıb.

Portalımıza açıqlamasında Əhəd Abıyev bildirib ki, bu barədə yayılan informasiyalar əsassızdır: "Qələt edir bunu deyən, bunu paylaşan. Görünür kimlərsə falabaxanlıqla məşğuldur. Mən hazırda Daşkəsən rayonunun icra başçısıyam. Rayonda quruculuq işləri davam edir. Yeni kompleks istifadəyə veriləcək. Hər şey qaydasındadır. İşləyirəm”.

Xatırladaq ki, Əhəd Abıyev 1995-2010-cu illərdə Milli Məslisin deputatı olub. Doğulub boya-başa çatdığı Masallı seçicilərini parlamentdə təmsil edən Ə.Abıyev sonradan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »