Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İrşad Elektronics"in rəhbərinin ölüm səbəbi üzə çıxdı
Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ölümü ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub.

Publika.az-a açıqlama verən mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev deyib ki, məhkəmə-tibbi ekspertizası qardaşının qəbul etdiyi ürək dərmanı səbəbindən vəfat etdiyini bildirib. Belə ki, həmin gün evdə tək olan iş adamı ürəyindəki narahatlıq səbəbindən bir neçə həb qəbul edib. Lakin bu həblər onun vəziyyətinin yaxşılaşmasına kömək etməyib və İ.Hacıyev tormboemboliya (ürək damarlarının tromblaşması) səbəbindən vəfat edib.

Əhəd Hacıyev əlavə edib ki, qardaşının hər hansı problemi, sıxıntısı olmayıb: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mərhumun ailəsi ekspertiza rəyindən sonra cinayət işinə xitam veriləcəyini bildirib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »