Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib”
“2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib”

Bizimyol.info xəbər verir ki, bunu “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda keçirilən seminarda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib.

O, qeyd edib ki ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.

Vəfa Yaqublu təqdimatda təhsil sistemində keyfiyyəti yüksəltmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər, ixtisasartırma təlimlərinin ehtiyaclara uyğunluğu, əhatə etdiyi fənn sahələri və yeni ixtisasartırma proqramları barədə məlumat verilib.

Direktor bildirib ki, 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təlimi keçirilib. Ümumilikdə isə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »