Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda "vor zakon" aparıcıya hücum etdi - Film kimi görüntülər
Space Tv-də teleaparıcı Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl dərdini danış" verilişində inanılmaz anlar yaşanıb. Övladından imtina edən ana oğlunun atası tərəfindən təhsildən yayındığını bildiriərək yardım istəyib. Böyük səs küyə səbəb olan ananın açıqlamaları ekspertlərin belə hiddətinə səbəb olub. Teleaparıcı anaya görə yox, 9 yaşlı bir uşağın təhsilinə görə lazımı addımlar atacağını bildirib. Çəkiliş qrupu uşağın qaldığı evə yollanıb. Məlum olub ki uşaq heç birinci sinifə belə getməyib.

Çəkiliş gəldiyini görən ata ilk olaraq polis orqanlarını təhqir edib.

"Siz cinayət daşıyırsız. Övladınızı təhsildən yayındırdığınıza görə. Polisə belə cavab verəcəksiz" deyən aparıcının sözünü kəsən İsmayıl adlı şəxs polisləri təhqir edib. Daha sonra daşla çəkiliş heyətinə hücm edib. Sərbəstliyini ifadə edən Amil Xəlil adı çəkilən şəxsin "Mən zoram, mən beləyəm. Heç kimdən çəkinmirəm" cümlələrini də süjetdə çox sərt tənqid edib...

"Bu adam kimə güvənir? Kimdir onun arxasında dayanan. "

Biraz sonra əraziyə 16 ci polis bölməsinin əməkdaşları gəlir. Polislər gələnə kimi İsmayıl adlı şəxs evi tərk edir. Qeyri-adi davranışı olan adamın hərəkətləri bununla da bitməyib.

Verilişə ilk olaraq isə 10 yaşlı Nihad dəvət edilib. İsmayıldan fərqli olaraq Nihadın atası onun hər gün təhsil alması üçün qucağında məktəbə aparıb gətirdiyi bəlli olub.

Olduqca maraqlı anların qeydə alındığı verilişi sizə tam olaraq təqdim edirik.

Qeyd edək ki, Bizimyol.info-nun informasiya dəstəyi ilə yayınlanan sosial-kriminal layihə - "Gəl Dərdini Danış" həftə içi hər gün saat 16:00 da Space tv də Amil Xəlilin təqdimatında yayımlanır

https://www.youtube.com/watch?v=glCAlJWp_0Q

Son xəbərlər
Bütün xəbərlər »