Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

Amerikalı boksçu Floyd Meyvezer rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib.

“Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, - deyə o vurğulayıb.

Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləğdən 100 milyon dollar artıq əldə etmək istədiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »