Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryandan Paşinyanın istefasına münasibət

Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirib.

Bizimyol.info-un Qafqazinfo.az-a istinadən xəbər verir ki, Koçaryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə yeni siyasi monopoliyanın yaranacağına gətirib çıxaracağını deyib:

“Taktiki olaraq bu gediş başadüşüləndir – populyarlığın zirvəsində uğura hesablanmış addımdır. Strateji planda isə problemlər görürəm. Sən siyasətçi kimi, yoxsa dövlət nümayəndəsi kimi qələbə qazanacaqsan, bunu indi etməyə dəyərdimi? Bax, bunları düşünməlisən. Dövlət maraqları baxımından yeni inhisarçı dövlət fomalaşdırmaq – düşünmürəm ki, bu, doğru qərardır. Tam hakimiyyət – tam məsuliyyət deməkdir. Düşünürəm ki, bu, yeni siyasi monopoliyadan başqa bir şey olmayacaq”.

Son xəbərlər
Bütün xəbərlər »