Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barəsində ölüm hökmü verilən it
ABŞ-ın Alyaksa ştatının Votəvil bölgəsində yaşayan Dakota adlı "husky" cinsinə aid itə ölüm hökmü verilmişdi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə Metyu Perri tərəfindən sahiblənən Dakota iki bala itə hücum etməkdə və onlardan birini öldürməkdə günahlandırılırdı. Məhkəmə tərəfindən barəsində ölüm hökmü çıxarılan və sahibinin də təsdiqlədiyi qərar sonradan Perrinin tələbinə əsasən dəyişdirilib.

"Təhlükəli it" adlandırılan Dakota barədə ölüm hökmü "sahibindən alınaraq təlim mərkəzinə göndərilmək və bir daha Votəvilə geri qayıtmamaq" qərarı ilə əvəzlənib. Kennebeç adlı ərazidə yaşayacaq Dakotanın təlim prosesi o, normal ev heyvanı kimi davranana qədər davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »