Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu telefonlar gecə işləməyəcək
Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkət rəsmiləri “TOnem17” adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb.

Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq.

Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.

Telefonun 312 dollara satışa çıxarılacağı bildirilir. 12 yaşa qədər uşaqlar üçün telefondan saat 22:00-dan 06:00-dək avtomatik bloklanacaq. Məktəblər də daxil olmaqla, əvvəldən müəyyən edilmiş yerlərə gedərkən telefondan istifadənin məhdudlaşdırılacağı bildirilir. Hətta valideynlər gün ərzində də telefondan istifadəni məhdudlaşdıra biləcəklər.

Son xəbərlər
Bütün xəbərlər »