Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Quli"nin "sağ əli" onun deport xəbərindən danışdı - Özəl
Bir neçə gün əvvəl İstanbulda polis tərəfindən saxlanılan “Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifov hələ də azadlığa buraxılmayıb.

Open.az-a verilən məlumata görə, Nadir Səlifov İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır: “Onun barəsində deport qərarı verilib. Lakin Nadir Səlifovun Rusiya və bir neçə digər ölkə tərəfindən interpol xətti ilə axtarışa verilməsi onun Türkiyədən çıxarılmasının qarşısını alır. Hər gün yaxınlarına yaxşı olacağı, bu gün buraxılacağı vədi verilsə də hələlik Nadir Səlifov azadlığa buraxılmayıb”.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Nadir Səlifova yaxınlığı ilə bilinən mənbəmiz yayılan məlumatın əsassız olduğunu bildirib:

"Yayılan məlumatlar əsassız məlumatlardır. "Quli" bizim böyük qardaşımızdır, hər zaman yanımızdadır. Hər gün bir məlumat yayırlar, gah deyirlər Rusiyada həbs olunub, gah deyirlər Türkiyədə, indi də deyirlər deportasiya olunur. Hamısı əsassız, boş-boş məlumatlardır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »