Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA-nın məhəccərləri işə yaramadı: "Koroğlu"-da xaotik vəziyyət hökm sürür - Video
"Koroğlu" metrostansiyasınn piramida hissəsi tərəfə olan çıxışı bir müddətdir ki, avtobus dayanacağı kimi fəaliyyətini dayandırıb. Sərnişin sıxlığı nəzərə alınaraq avtobusların hərəkəti digər çıxışda quraşdırılmış dayanacağa istiqamətləndirilib. Lakin görünən odur ki, atılan bu addım da sərnişinlərin özlərini yüksək sürətli yola atmasına mane ola bilməyib.

Bizimyol.info xəbər verir ki, sözügedən metrostansiya çıxışı Bakı Nəqliyyat Agentliyi tərəfindən məhəccərlər vasitəsilə əhatələnsə də sərnişinlər həmin məhəccərlərə belə məhəl qoymurlar. Onlar məhəccərləri aşaraq yolun hərəkət hissəsinə çıxır, həm sürücülərin, həm də özlərinin həyatını təhlükəyə atırlar. Məsələnin ən maraqlı tərəfi isə bu hadisələrin və qanun pozuntularının Yol Patrul Əməkdaşlarının gözü qarşısında baş verməsidir.

Bununla bağlı Bizimyol.info-ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, nəinki gecə saatlarında hətta günün istənilən vaxtında oradakı vəziyyət ürəkaçan deyil və xaotikdir:

"Nəinki gecə saatlarında, günün istənilən saatında qanunsuz taksilər öz fəaliyyətini davam etdirir. Burada polisin də üzərinə böyük bir məsuliyyət düşür. Əgər orda dayanmaq qadağandırsa onlar buna icazə verməməlidir. Düşünürəm ki, həmin ərazini yenidən müayinə etmək lazımdır. Əgər çatışmazlıq varsa, nişanlar yoxdursa yol nişanları quraşdırmaq lazımdır. Parklama qadağandırsa, buna BNA nəzarət etməlidir".

Elməddin Muradlı qeyd edib ki, bunun səbəbi Bakı Nəqliyyat Agentliyinin nəzarət mexanizmini düzgün qurmamasıdır:

"Sərnişinlərin vəziyyəti başadüşüləndir, sərnişinlər evlərinə getməlidir. Gəlin görək həmin istiqamətlər üzrə avtobusların fəaliyyətinə BNA nəzarət edirmi? Əgər sərnişin gəlib orda həyatını riskə, təhlükəyə atıb gəlib orda taksilərə minirsə demək ki, avtobus qıtlığı var. Kim istəyər ki, 30 qəpiklik avtobusu qoyub 2 manat taksiyə pul versin?! Mən belə başa düşürəm ki, avtobus çatışmazlığı var, sıxlıq yaranır, buna görə də sərnişinlər məcbur olub qanunsuz taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri ilə evlərinə getməli olurlar. Ümid edək ki, həmin istqamətlər üzrə avtobusların sayı artırılar və bu problem də aradan qalxar".

Xatırladaq ki, dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 40 AZN məbləğində cərimələnməsi nəzərdə tutulub.

Əməkdaşımızın hazırladığı viodeosüjeti oxucularımıza təqdim edirik:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »