Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gədəbəydə 50 yaşlı qadını avtomobil vurub

Gədəbəy şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü yerli sakin Bafta Paşayeva yolu keçən zaman onu "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »