Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Suyun altında qalan 17 məktəbli xilas edildi
2018-10-14_184115

İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində suyun altında qalan 17 məktəblini xilas ediblər.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, əvvəlcə İndoneziyanın qərbində daşqınlar nəticəsində 22 nəfərin həlak olması, onlarla sakinin xəsarət alması barədə məlumat yayılmışdı. Həlak olanlar arasında Şimali Sumatra əyalətinin Mandaylinqnatal dairəsinin Muara Saladi kəndində 11 şagirdin olduğu da bildirilmişdi. Daha 15 nəfərin isə itkin düşdüyü deyilirdi.

Nəşrin bildirdiyinə görə, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi su altında qalan Muara Saladi kəndindəki ibtidai məktəbdə həlak olan şagirdlərin sayının 12 nəfərə çatması barədə məlumat yayıb. Onların hamısının 12 yaşdan aşağı olduğu bildirilir.

Xilas edilən 17 şagirdlə birlikdə iki müəllimin də tapıldığı qeyd edilir. Şagirdlərdən 7-si müxtəlif dərəcəli xəsarət alıblar və onlara hazırda tibbi yardım göstərilir.

Qərbi Sumatra və Şimali Sumatra əyalətlərində baş verən gözlənilməz daşqın və torpaq sürüşməsi çoxlu sayda insanın həlak olmasına səbəb olub. Burada oktyabrın 11-dən davam edən leysan yağışlar nəticəsində 48 ev dağılıb. Yollar pis vəziyyətdə olduğuna görə zərər çəkən rayonlarla əlaqə saxlamaq çətindir. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, onlarla insan palçığın altında qalıb, axtarışlar davam etsə də, həlak olanların sayının artacağı güman olunur.

Paylaş »
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
››› "Pikap"ların saxlanılması ilə bağlı rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »