Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkelin nüfuzu itir: Ən aşağı reytinq

Almaniyada kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat-Xristian Sosial İttifaqı siyasi blokunun reytinqi özünün ən aşağı reytinq həddinə çatıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşrinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə əsasən sadəcə 26 faiz respondent siyasi bloku dəstəklədiyini bildirib. Bu isə siyasi blok üçün ən aşağı göstərici kimi qeydə alınıb. Reytinqdə ikinci pilləni 17 faizlik göstərici ilə Sosial Demokratlar və Yaşıllar Partiyası tutub. Almaniya üçün Alternativ Partiyası göstəricisini pisləşdirərək cəmi 15 faiz səs toplaya bilib.

Son xəbərlər
Bütün xəbərlər »